Sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılır.
Yenicag.az xəbər verir ki, bu, “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2026-cı il yanvarın 1-nə qədər uzadılır.
Qeyd edək ki, əvvəl bu müddət 2025-ci il yanvarın 1-dək müəyyən edilmişdi.