Sahibsiz it 7 yaşlı uşağı dişlədi

Bu gün axşam saatlarında Şəkinin Kiş kənd sakini 2012-ci il təvəllüdlü Səid Şamxal oğlu Kərimov it dişləməsi xəsarətilə rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Yenicag.az xəbər verir ki, S.Kərimov yaşadığı evin yaxınlığında
küçə ilə gedərkən sahibsiz itin hucumuna məruz qalıb. İt S.Kərimovun başın sol
təpə nahiyəsini, sol yanağını və sağ gözün üst qapağını dişləyərək xəsarət yetirib.

S.Kərimova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub./APA/