Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi qaçqın, məcburi köçkün və sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərə Nabran turu təşkil edib.
Yenicag.az-ın xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutan”İrəliyə doğru bir addım” adlı qaçqın, məcburi köçkün, sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili adlı layihə həyata keçirib. Layihə çərçivəsində 25-dən artıq qaçqın, məcburi köçkün və sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin istirahətinin səmərəli təşkili və ruh yüksəkliyinin artırılması məqsədilə 26-29 avqust tarixlərində “Həyatımın üç gözəl günü” adlı Nabran turu təşkil edilib.
Üç günlük tur çərçivəsində onlara ilkin kompüter bacarıqları öyrədilib. Həmçinin psixoloq tərəfindən uşaqlarla söhbətlər aparılıb. Bununla yanaşı layihə iştirakçılarından olan bir neçə valideynlə psxiloji təlimatlandırma aparılıb, intellektual yarışmalar, müsiqili-əyləncəli oyunlar keçirilib.
Qurumdan verilən məlumata görə, layihənin məqsədi qaçqın, məcburi köçkün,sağlamlıq, imkanları məhdud uşaq, yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır. Həmçinin qeyd olunub ki, layihənin digər məqsədi onların digər yaşıdları ilə bərabər şəkildə imkan və potensialını üzə çıxarmalarına stimul verməkdir. Layihə avqustun 1-dən noyabrın 1-ə qədər davam edəcək.