Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Sahil Babayev vətəndaşlarla görüşdü - FOTO

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Gəncə şəhərində həmin şəhərin vətəndaşlarını fərdi qaydada qəbul edib.

Yenicag.az xəbər verir ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
Vətəndaşlarla görüşdə onların bu və ya digər sosial təminat növünə hüququn müəyyən edilməsi, məşğulluğun təminatı, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, əlilliyin qiymətləndirilməsi, bərpa müalicəsinə köməklik göstərilməsi, reabilitasiya vasitələri ilə təminat, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinin iştirakı ilə keçən qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlər görülüb. Müraciətlərinə uyğun olaraq, bir sıra vətəndaşların aktiv məşğulluq proqramlarına, reabilitasiya tədbirlərinə cəlb edilmələri tapşırılıb. İşlə təmin edilmək üçün müraciət edən ayrı-ayrı şəxslərə ərazidəki vakant iş yerlərinə göndərişlər verilib. Müvafiq hallarda vətəndaşlara müraciətlərinə uyğun ətraflı izahatlar verilib.

Qəbul zamanı vətəndaşlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi, vətəndaş rifahının təminatı məqsədilə həyata keçirilən tədbirlərdən razılıqla bəhs ediblər. Onlar pensiyaların, əməkhaqlarının, müavinət və təqaüdlərin artırılması istiqamətində ardıcıl şəkildə atılan mühüm addımlara görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Samux rayonunda və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Göygöl rayonunda vətəndaşları fərdi qaydada qəbul ediblər. Vətəndaşların müraciətləri cavablandırılaraq, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görülməsi təmin edilib.

www.yenicag.az

286
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM