Reklam

Reklam

metro90“Formula-1” yarışlarının keçirilməsi ilə əlaqədar Bakı Metropolitenin “İçərişəhər” və “Sahil” stansiyalarının bağlanacağı barədə məlumatlar yayılıb.

Bir sıra şirkətlər işçilərinə bununla bağlı xəbardarlıq mesajları göndəriblər.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “İçərişəhər” və “Sahil” stansiyalarının bağlanmayacağını deyib. Onun sözlərinə görə, yayılan məlumatlar yalnışdır.

“Biz bir neçə gün öncə açıqlama vermişdik ki, Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq. “İçərişəhər”, “Sahil”, “28 May” stansiyaları saat 02:00-a qədər açıq olacaq. Qeyd olunan iki stansiyanın bağlı olacağı barədə məlumatlar yalandır. Digər stansiyalar 00:00-da sərnişinlərin girişi üçün bağlanacaq. Lakin çıxış sərnişinlər üçün açıq qalacaq”, – deyə N.Paşayev vurğulayıb.(Azvision)

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 210
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."