“Sahil” metro stansiyasının təmirə bağlanması sərnişinlərin gediş-gəlişini çətinləşdirib.
Yenicag.az xəbər verir ki, metro istifadəçiləri bunun üçün yaya qədər gözləməlidir.
Əldə olunan məlumata görə, təmir işləri başa çatdıqdan sonra “Sahil” metro stansiyasının iyulun 1-dən etibarən sərnişinlərin ixtiyarına verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, gələn ildən “Xətai” stansiyası da təmirə bağlanacaq.