Sahil stansiyası istifadəyə verildi – FOTOLAR

İyunun 7-də “Bakı Metropoliteni”nin “Sahil” stansiyası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev stansiyada görülən işlərlə tanış olub.

Təmir müddətində stansiyada quraşdırılmış “LT-3” tipli 3 eskalator sökülərək, yerində Almaniyanın “ThyssenKrupp Fahrtreppe” şirkətinin “Viktoriya” tipli 4 eskalatoru quraşdırılıb.

“Sahil” stansiyasında quraşdırılacaq eskalator əvvəlkilərdən bir çox üstünlükləri ilə fərqlənəcək.

Məlumata görə, eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiya əsaslı təmir olunub.

Xatırladaq ki, Sahil stansiyası ötən il avqustun 21-də bağlanıb.