Şahin Bağırov generala yeni müavin təyin etdi – FOTO

Dövlət Gömrük Komitəsinin Akademiyasında yeni təyinat olub.

“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, gömrük xidməti polkovniki Anar Süleymanov DGK-nin Akademiyasının rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi general-mayor Qulu Novruzovdur.

 

  • Şahin Bağırov generala yeni müavin təyin etdi - FOTO
Рейтинг@Mail.ru Яндекс.Метрика