Şahin Bağırov idarə rəisini işdən çıxartdı – FOTO

Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi işdən çıxarılıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı DGK sədrinin birinci müavini, sədr vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, komitənin Avtomobil Nəqliyyatı idarəsinin rəisi, gömrük xidməti polkovniki Simurq Cəfərov vəzifəsindən azad edilib.

Hələlik onun yerinə təyinat yoxdur./Unikal/