Şahin Bağırov rəisi təqaüdə göndərdi

Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin rəisi, gömrük xidməti polkovniki İlkin Osmanov təqaüdə göndərilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, İ.Osmanov 2009-cu ildən Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin rəisi idi./unikal