“Kəpəz”in baş məşqçisi Şahin Diniyev istefa verib.
Yenicag.az xəbər verir ki, bu barədə təcrübəli mütəxəssisin özü bu gün “Səbail”lə keçirilən oyundan (2:3) sonra açıqlama verib.
O, uğursuz nəticələrə görə tutduğu postdan gedib.
Qeyd edək ki, Gəncə klubu geridə qalan 12 turda cəmi 7 xal toplaya bilib və 8 iştirakçı arasında sonuncudur.