Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşdü

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev sentyabrın 2-də İran İslam Respublikasının səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Yenicag.az xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi əlaqələr və əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan ilə İran arasında faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi, həmçinin birgə layihələrin icrasının davam etdirilməsinin əhəmmiyyəti vurğulanıb.