!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şahin Mustafayevlə Yavər Camalovdan Natiq Əliyevə vəfasızlıq... (?)

!Reklam – Yazi

Hökumət üzvləri energetika naziri Natiq Əliyevin dəfn mərasimində tam tərkibdə iştirak etmədilər.

Yenicag.Az xəbər verir ki,mərhumla ötən şənbə günü Şəhriyar adına Mədəniyyət Sarayında təşkil olunan vida mərasimində iqtisadiyyat naziri Şahin Mustafayevlə müdafiə sənayesi naziri Yavər Camalov gözə dəymədilər.

Qeyd edək ki, adları çəkilən hər iki nazir digər həmkarlarından fərqli olaraq, neft sektorunda Natiq Əliyevlə uzun müddət birlikdə çalışıblar.

Ş.Mustafayev SOCAR-da 2003-2005-ci illərdə baş mühasib və İqtisadiyyat və Uçot İdarəsinin rəisi, 2005-2006-cı illərdə isə iqtisadi məsələlər üzrə vitse-prezident vəzifələrində işləyib.

Y. Camalov da 1972-ci ildən nazir təyin olunduğu 2006-cı ilə qədər neft sektorunda çalışıb və müxtəlif vəzifələr tutub. Uzun illər “Azneft” İB-nin direktoru olaraq, Natiq Əliyevlə birlikdə fəaliyyət göstərib.

Yəni hər iki nazirin bioqrafiyasında mərhum Natiq Əliyevlə bağlı məqamlar onların üzərinə vida borcu kimi mənəvi məsuliyyət də qoyur. Ancaq hər iki nazir vida mərasimində görünmədi.

Lakin Müdafiə Sənayesi Nazirliyi Ümumi Şöbəsinin müdiri Bəxtiyar Əsədov Yenicag.Az-a açıqlamasında nazir Yavər Camalovun, o cümlədən kollektivdən bir çox şəxslərin Natiq Əliyevlə vida mərasiminə qatıldığını bildirib. Əsədovun bu açıqlamasına baxmayaraq, həmin mərasimdə iştirak edən jurnalistlərin əksəriyyəti Camalovu orada görmədilər.

Camalovdan fərqli olaraq, Şahin Mustafayevin vida mərasimində iştirak etməməsinin səbəbini dəqiqləşdirmək mümkün olmadı. İqtisadiyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin zənglərimizə cavab verməməsi bu barədə nəsə öyrənməyimizi əngəllədi.

Yenicag.Az

 

www.yenicag.az

1772
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv