Reklam

Reklam

Azərbaycan şahmatına böyük töhfələr vermiş Həmkarlar İttifaqı Respublika Şahmat və Dama Klubunu tanımayan çox az adam ola bilər.

Bir zamanlar Yasamal rayonu Şərifzadə küç. 75A-da yerləşən bu binada onlarla şahmatçı, Azərbaycanı dünyada tanıdan qrossmeysterlər yetişmişdi.

Yenicag.az Offsideplus.az-a istinadən xəbər verir ki, artıq klub bir neçə ildir həmin ünvanda fəaliyyət göstərmir. Çünki şahmat klubunun yerində “Bank Respublika”nın Yasamal filialı açılıb. Klub isə başqa ünvana köçürülüb.

Düşünmək olar ki, axı burada nə problem var? Şahmat klubu əvvəl bir ünvanda, sonra isə başqa ünvanda fəaliyyət göstərir. Ancaq kiçik araşdırma apardıqda məsələnin elə də sadə olmadığı görünür. Ölkənin bank sektorunda xüsusi çəkiyə malik olan “Bank Respublika”-nın gerçək sahibinin kim olduğunu düşündükdə Azərbaycanın tanınmış şahmat məktəbinin yerləşdiyi məkanın necə banka çevrilməsini anlamaq çətin deyil.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3009
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."