Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

Şahmat yığmamız Almaniyanı məğlub etdi

Reklam: Sinerji Pro

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında IV turun görüşləri keçirilib.

Yenicag.az xəbər verir ki, ilk 3 turu qələbə ilə başa vuran kişilərdən ibarət Azərbaycan millisi bu dəfə Macarıstanla üz-üzə gəlib. Görüş 2:2 hesabı ilə başa çatıb. Yığmanın liderləri – Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun heç-heçə etdiyi turda Rauf Məmmədov qələbə qazanıb, Qədir Hüseynov isə uduzub. Bu, kişi şahmatçıların yarışdakı ilk heç-heçəsi olub.

Qadınlardan ibarət komanda isə Almaniya ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma Azərbaycan yığmasının inamlı qələbəsi ilə yekunlaşıb – 3:1. Gülnar Məmmədova və Gövhər Beydullayeva rəqiblərinə qalib gəlib. Günay Məmmədzadə ilə Xanım Balacayeva isə heç-heçəyə razılaşıblar.

Avropa çempionatı, IV tur

Kişilər

Macarıstan – Azərbaycan – 2:2

Viktor Erdyoş – Şəhriyar Məmmədyarov – 0,5:0,5

Ferents Berkeş – Teymur Rəcəbov – 0,5:0,5

Tamaş Banus – Rauf Məmmədov – 0:1

Benyamin Qledura – Qədir Hüseynov – 1:0

Qadınlar

Almaniya – Azərbaycan – 1:3

Elizabet Paets – Günay Məmmədzadə – 0,5:0,5

Josefin Heynemann – Gülnar Məmmədova – 0:1

Anna-Mari Klek – Xanım Balacayeva – 0,5:0,5

Melani Lübbe – Gövhər Beydullayeva – 0:1

Qeyd edək ki, ilk üç turda kişilər İtaliya, Serbiya və Almaniyadan üstün olublar. Qadınlar isə Türkiyə və İsveçi məğlub etsələr də, Gürcüstana uduzublar.

www.yenicag.az

166
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100