Şahmat yığmamız Xorvatiyaya uduzdu

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi hesabat turunda Xorvatiyaya məğlub olub 1,5-2,5.
Azərbaycan millisində Teymur Rəcəbovla Nicat Abasov uduzub, Şəhriyar Məmmədyarov partiyanı qələbə ilə başa vurub. Rauf Məmmədov heç-heçə oynayıb.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Fransa ilə heç-heçə oynayıb. Şahmatçılardan Günay Məmmədzadə qələbə qazanıb, Xanım Balacayeva məğlub olub. Gövhər Beydullayeva ilə Gülnar Məmmədova partiyanı heç-heçə oynayıb.

Bu gün Avropa çempionatında V turun görüşləri keçiriləcək. Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Monteneqro, qadın şahmatçılar isə Almaniya ilə qarşılaşacaq.