Bu gün Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası başlayır.
Yenicag.az xəbər verir ki, ilk turda Azərbaycanın kişilərdən ibarət yığması İordaniya ilə qarşılaşacaq.
Birinci lövhədə Aydın Süleymanlı, sonuncuda isə Şəhriyar Məmmədyarov oynayacaq. Məhəmməd Muradlı ilk turda iştirak etməyəcək.
Qadınlardan ibarət millimiz isə Nikaraqua ilə qarşılaşacaq. Günay Məmmədzadə ilk oyunda heyətdə olmayacaq.
45-ci Şahmat Olimpiyadası
11 sentyabr
Kişilər
Azərbaycan – İordaniya – 0:0
Aydın Süleymanlı – Əl Hatib-Əhməd
Nicat Abasov – Samir Loay
Rauf Məmmədov – Malik Saef
Şəhriyar Məmmədyarov – Anas Hvaira
Qadınlar
Azərbaycan – Nikaraqua – 2:0
Ülviyyə Fətəliyeva – Mariya Qaranados – 1:0
Gövhər Beydullayeva – Kristiana Martines
Xanım Balacayeva – Abigel Kabesas
Gülnar Məmmədova – Aleksandra Munyos – 1:0