Şahmatçımız Bazel turnirinin qalibi oldu

İsveçrənin Bazel şəhərində şahmat üzrə Milad bayramına həsr olunan festival keçirilib. İlin sonuncu şahmat yarışında Azərbaycanı Read Səmədov təmsil edib.

Bu barədə Yenicag.az-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Bildirilib ki, turnirin sonuncu turunda R.Səmədov Almaniya şahmatçısı Morits Veyshauterlə heç-heçə oynayıb. Yekunda üç şahmatçı 7 xal toplayıb. Əlavə göstəricilərə görə, rəqiblərini qabaqlayan şahmatçımız Bazel turnirinin qalibi olub.

Qeyd edək ki, yarışda 16 ölkədən 73 şahmatçı iştirak edib.