Eltac Səfərli Belqradda təşkil olunan Serbiya Open-2024 şahmat turnirinin qalibi olub.
Yenicag.az xəbər verir ki, o, 9 turdan sonra 7,5 xal toplayıb.
Azərbaycanlı şahmatçı sonuncu turda Boyan Maksimoviçlə (Bosniya-Herseqovina) xalları yarıya bölüb. Bu, Eltaca 1-ci pillədəki mövqeyini qorumaq imkanı verib. Turnirin mükafat fondu 35 min avro olub.
Qeyd edək ki, Serbiya Open-2024-də 36 ölkədən 138 şahmatçı qələbə uğrunda mübarizə aparıb.