Böyük Britaniyanın Men adasında keçirilən şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin səkkizinci turunun oyunları başa çatıb.
Yenicag.az xəbər verir ki, azərbaycanlı şahmatçı Vasif Durarbəyli Ermənistan təmsilçisi Elina Danielyanı məğlub edərək aktivinə bir xal yazdırıb.
Qeyd edək ki, səkkiz turun yekununda V.Durarbəyli 4 xal qazanıb. Yarış oktyabrın 21-dək davam edəcək.