Şahramanyana qarşı yeni cinayət işi başlandı

Qarabağda ləğv edilmiş separatçı rejimin spnuncu lideri Samvel Şahramanyana qarşı yeni cinayət işi başlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Bildirilib ki, Şahramanyan xidməti avtomobilini Ermənistan Respublikası hökumətinə təhvil vermək məcburiyyətində olsa da, onu təhvil verməyərək mənimsəyib.

Söhbət iyunun əvvəlində xüsusi təyinatlılar tərəfindən ələ keçirilən “Toyota Camry” avtomobilindən gedir. İyunun 7-də avtomobil “Artsax” nümayəndəliyinin həyətindən müsadirə edilib.

İstintaq Komitəsi aydınlaşdırıb ki, müsadirə qərarı ilin əvvəlində vacib halları aşkar etmək üçün başlanmış cinayət işi ilə bağlı olub. Belə ki, Şahramanyanın mühafizəçisi Aşot Danielyan fevral ayında narkotik saxlamaq və satmaqda şübhəli bilinərək həbs edilib.

Samvel Şahramanyanın vəkili Roman Yeritsyan bildirib ki, maşını geri qaytarmaq üçün prokurora şikayət ərizəsi yazılıb: “Məlum olur ki, yeni cinayət işi başlanıb. Cinayət prosesinə görə, “Artsax”ın keçmiş məmuru avtomobili Ermənistan Respublikası hökumətinə təhvil verməyə borclu olsa da, onu təhvil verməyib, mənimsəmə törədib. Bunun əsasında cinayət işi təyin edilir”. /unikal

COP29