Şahruddin yaşıl meydanlara nə vaxt qayıdır?

Azərbaycan milli komandasının və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev oktyabrda məşqlərə başlayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Report-a 30 yaşlı qolkiperin özü məlumat verib.

Cari mövsümün əvvəlində Ağdam təmsilçisinə transfer olunan əlcək sahibi məşq sırasında zədələnərək sıradan çıxması barədə danışıb:

“Hər şey yaxşıdır, ağrılarım yoxdur. Sadəcə, məşq zamanı əlimdən zədə almışam. İnşallah, oktyabrdan məşqlərə qoşulacağam. Allaha şükürlər olsun ki, bu dəfə əməliyyat olunmadan sağalıram”.

Qeyd edək ki, Ş.Məhəmmədəliyev ötən mövsümü Türkiyə Superliqa təmsilçisi “Adana Dəmirspor”un heyətində keçirib.

COP29