Böyük Britaniyanın mərhum şahzadəsi Diananın köynəyi hərracda satılıb.
Yenicag.az BBC-yə istinadən xəbər verir ki, hərrac ABŞ-nin Nyu-York şəhərində keçirilib.
86 min dollara satılması gözlənilən köynək 1,4 milyon dollara satılıb. Onun alıcısının kimliyi açıqlanmayıb.
Qeyd edək ki, 2022-ci ildə keçirilən hərracda Diananın avtomobili 806 min dollara satılmışdı.