1997-ci ildə müəmmalı şəkildə avtomobil qəzasında həlak olan Uels Şahzadəsi Diananın ölümü ilə bağlı yeni iddialar yayılıb.
Yenicag.az xəbər verir ki, “Anonymous” adlı məşhur haker qrupu Şahzadə Diananın ölümü ilə bağlı gizli sənədləri açıqlayıb.
Adıçəkilən haker qrupu tərəfindən internetə ötürülən sənədlərdə Diananın “çox gizli məlumatları bildiyi üçün” kral ailəsi tərəfindən öldürüldüyü iddia edilib. Qrup tərəfindən Diananın Şahzadə Filipin insan alveri ilə məşğul olduğu, Şahzadə Endryunun təcavüzçü olduğu, həyat yoldaşı Şahzadə Çarlzla yaxın münasibəti olan bir nəfərin kral ailəsinin işçisinə (bir kişiyə) təcavüz etdiyini bildiyi və son hadisənin videosunu çəkərək saraydakı otaqlardan birində gizlətdiyi qeyd edilib.
İddiaya görə, Diananın ölümündən sonra həmin videokaseti onun xidmətçisi Burrel ələ keçirərək, başqa bir yerdə gizlədib. Amma Diananın bacısı kasetdə saraya aid təcavüz və insan alveri ilə bağlı məlumatların olduğunu gizlətməyib.
Daha sonra isə 30 dəqiqəlik görüntüdən ibarət video tapılıb və Şahzadə Çarlzın yaxın tanışının Misir və İngiltərədəki saraylarda işçilərə təcavüz etdiyi ortaya çıxıb. Bundan sonra o zamanki parlament üzvü Norman Baker Şahzadə Çarlz və digərlərinin yayılan iddialara aydınlıq gətirməsini tələb etsə də, buna məhəl qoyulmayıb.
İllər əvvəl Şahzadə Diana müsahibələrindən birində həyat yoldaşının onu öldürmək istədiyini söyləmiş, lakin bu iddia kral ailəsi tərəfindən təkzib olunmuşdu. Görünən odur ki, Diananın ölümü ilə bağlı müəmma hələ bundan sonra da davam edəcək.
Aqil Bəkir