Böyük Britaniya kraliçası II Elizavetanın əri – şahzadə Filip Vindzor qəsrində müqəddəs Georgi kilsəsində dəfn edilib.
Yenicag.az xəbər verir ki, Edinburq hersoqu hələ sağlığında özünün dəfn mərasimi ətrafında səs-küy istəmədiyini bildirib və mərasimin izdihamsız keçirilməsini istəyib. Digər tərəfdən koronavirus pandemiyası onun arzusunu həyata keçirməyə imkan verib: mərasimdə onun 30 ən yaxın qohumu iştirak edib, dəfn duaları oxunub.
Xatırladaq ki, Edinburq hersoqu Filip aprelin 9-da Vindzor qəsrində vəfat edib.