Şahzadə Harri Britaniyaya qayıdır

Uzun müddətdir ABŞ-da yaşayan Britaniya şəhzadəsi Harri Londona gələcək.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, o, babası II Filipin dəfn mərasimində iştirak etmək üçün müvəqqəti olaraq vətəninə qayıdacaq.

Məlumata görə, Sasseks hersoqu olan Harri çətin anları ailəsilə birlikdə keçirmək və nənəsi II Yelizavetaya mənəvi dəstək olmaq istəyir.

Şahzadənin həyat yoldaşı Meqan Markla gəlincə, onun dəfn mərasimində iştirakına dair heç bir məlumat yoxdur.

COP29