Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana yaxın adamlardan olan Maher Əbdüləziz Mutrebin 2 oktyabrda Camal Qaşıqçıdan bir neçə saat əvvəl Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğuna girdiyinə dair fotoşəkillər nümayiş etdirilib.
Yenicag.az xəbər verir ki, bu barədə şəkilləri “New York Times” qazeti paylaşıb.
Bundan əlavə, xəbərdə Mutrebin günün irəliləyən saatlarında Səudiyyə Ərəbistanı baş konsulu Məhəmməd əl-Uteybinin evinin qarşısında dayandığı, Türkiyədəki bir oteldən əlində böyük bir çanta ilə çıxdığı və İstanbuldakı Atatürk hava limanından Türkiyədən ayrıldığına dair fotoşəkillərə da yer verilib.
Qeyd edək ki, “New York Times” qəzeti Türkiyə təhlükəsizlik orqanlarının Səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsində şübhəli bilinən bəzi şəxslərin kimliyini müəyyənləşdirdiyini irəli sürmüşdü.
Məlumatda şübhəlilərdən biri – Maher Əbdüləziz Mutrebin 2017-ci ildə Səudiyyə Ərəbistanının London Səfirliyinə təyin edilmiş bir diplomat olduğu və Səudiyyə şəhzadəsinin mühafizəçisi kimi bir çox ziyarətlərdə onun yanında olduğu bildirilib.
Həşim Səhrablı