!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Şahzadə Mustafa” tam fərqli xarakterlə qarşımıza çıxacaq

!Reklam – Yazi

bu-halde-tanimak-neredeyse-imkansiz--961367“Möhtəşəm Yüz il” serialında kaftanla görməyə alışdığımız Mehmet Günsür, yeni filmində tam fərqli bir obrazı canlandıracaq. Şahzadə Mustafa roluyla tamaşaçının könlündə yenidən taxt quran Mehmet Günsür, bu dəfə yeni dövr filmiylə tamaşaçısı ilə görüşəcək.

Prodüserliyini “Taff Pictures”in etdiyi, hekayəsini, ssenarisini və rejissorluğunu Çağan Çayın boynuna götürdüyü “Unutsanız pıçılda” filmində rol alan Günsura Farah Zeynep Abdullah, Kerem Bursin və Işıl Yücesoy yoldaşlıq edir. Filmdə Tarık rolunu canlandıracaq olan oyunçu çəkilişlər üçün İzmirə getdi.

Kinosevərlərin qarşısına tam fərqli bir xarakterlə çıxmağa hazırlanan Günsür, oynayacağı rol üçün imicini dəyişdirərək saçlarını uzatdı. O dövrü əks etdirən paltarlı fotoşəkilləri mətbuata paylanan oyunçu, yeni layihəsində gitaranı əlinə alıb mahnılar səsləndirəcək.

 

 

www.yenicag.az

668
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv