!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şahzadə: “Səudiyyə Ərəbistanı İranla müharibəyə başlayacaq!” - Rəsmi Bakı kimi seçir?

!Reklam – Yazi

Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmmədi ibn Salman öz proqnozu ilə geniş ajiotaj yarada bildi: “Ehtimal ki, biz 10-15 il sonra İranla müharibə aparacağıq”.

Bu müharibəyə hazırlıq məqsədilə rəsmi Ər-Riyad Azərbaycan və Mərkəzi Asiyada öz mövqelərini gücləndirməyə çalışır. Onun əsas məqsədi, İran ətrafında müttəfiq-ölkələr halqasını yaratmaqdır.

Gənc və enerjili vəliəhd artıq genişmiqyaslı planlarını elan edib.  O, Qırmızı dənizin sahilində 500 milyard dollara başa gələn şəhər tikmək və yaxın 10 ildə əyləncə sənayesinə ümumilikdə 64 milyard dollar sərmayə qoymaq niyyətindədir.

  • Mərkəzi Asiya ölkələrində müttəfiq axtarışı

Mərkəzi Asiyada ən zəif bənd Qırğızıstan sayılır. Hansı ki, ölkənin nə nefti, nə də qaz ehtiyatı var.  Eyni zamanda ölkə büdcəsində də ciddi defisit müşahidə olunur. Bu baxımdan Bişkeklə Ər-Riyadın maraqları tam olaraq uyğun gəlir. Əliaçıq Səudiyyə öz investisiyaları və kreditləri ilə Qırğızıstanı təmin edəcək, əvəzində onu regionda öz strateji partnyoruna çevirəcək.

Səudiyyə Ərəbistanı həmçinin Özbəkistanla da əlaqələri tədricən gücləndirir. Məsələn, bir neçə gün əvvəl Özbəkistanın ədliyyə naziri Muzraf İkramov Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Xişam ibn Mişal ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıb. Bundan başqa, yaxın vaxtlarda tərəflər ticarət, iqtisadiyyat, elm və texnika sahəsində də yeni razılaşmalar  imzalayacaqlar.

Qazaxıstan prezidenti də öz növbəsində Fars körfəzinin ən zəngin monarxiyası ilə dostluğu yüksək qiymətləndirir. 2016-cı ilin oktyabrında Nursultan Nazarbayev Səudiyyə Ərəbistanına rəsmi səfər etdi və kral Salman ibn Abdel Əzizlə neft ixracı sahəsində iki ölkənin sıx əməkdaşlığı haqqında bir sıra sənədlər imzaladı. Səudiyyə hökmdarı neft hasilatı və qaz sahəsi üzrə böyük investisiyalar söz verdi.

  • Ər-Riyadın Azərbaycanla hərbi ittifaq arzuları…

Bütün bunlarla yanaşı, Səudiyyə Ərəbistanı ən vacib strateji müttəfiq obrazında Azərbaycanı digərlərindən üstün tutur. Bunun ən ümdə səbəblərindən biri Azərbaycanın İranla böyük sərhəddə malik olması və  İranın 40 faiz əhalisinin – təxminən 30 milyonun azərbaycanlı olmasıdır.

Məhz Ər-Riyad Azərbaycanda 220-dən çox məscidin tikinti və bərpasında rəsmi Bakıya kömək edib, Azərbaycanın paytaxtında “Səudiyyə mədəniyyət mərkəzi” yaradılıb.

Öz növbəsində, Səudiyyə Ərəbistanının Ümumi Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri “Qlobal Bakı Forumunda” iştirak üçün Azərbaycana gəlib.  2017-ci ilin yanvarında  Davos forumu çərçivəsində Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih İlham Əliyevlə görüşüb. Tərəflər neft-qaz sferasında əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Bütün bunların fonunda xüsusi olaraq qeyd etmək olar ki, Ər-Riyad rəsmi Bakını onun hərbi müttəfiqi olmağa razı salmağa səy göstərir. 2018-ci ilin fevralında general-mayor Əli bin əl-Fəvvazın başçılığı ilə nümayəndə heyəti Bakıya baş çəkib. Lakin prezident İlham Əliyev Səudiyyə Ərəbistanı rəhbərliyinə xəbərdarlıq edib ki, Azərbaycan “Qoşulmama Hərəkatı”nın üzvüdür və bu hərbi ittifaqlarda iştirakdan imtina edir.

Balanslaşdırılmış güclü siyasət elə bir yüksək səviyyədədir ki, rəsmi Bakı bu gün istər rəsmi Tehranla, istərsə də onun qatı düşməni İsrail və Səudiyyə Ərəbistanı ilə ilıq münasibətləri qoruyub saxlaya bilir.

Baxmayaraq ki, Səudiyyə Ərəbistanı ilə dostluq Azərbaycana böyük iqtisadi mənfəət vəd edir, rəsmi Bakı hazırda İranla sabit münasibətlərin çətinləşdirilməsinə gətirib çıxara biləcək hər hansı addımı atmayacaq.

Zaur Həsənəliyev

www.yenicag.az

2761
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv