Hərbi ekspert, polkovnik Şair Ramaldanova ağır itki üz verib.
Yenicag.az xəbər verir ki, Şair Ramaldanovun anası Nuriyyət Ramaldanova bu gün səhər dünyasını dəyişib.
Məlumatı hərbi ekspert Üzeyir Cəfərov ictimailəşdirib. O bildirib ki, dəfn mərasimi bu gün saat 12-də Xaçmaz rayonunda – Xudatda olacaq. 3 mərasimi isə aprelin 21-də Xudatda keçiriləcək.
Mərhum Nuriyyət Ramaldanovanın Şair Ramaldanovla yanaşı, daha iki oğlu hərbçi zabitdir – Elman və İlham Ramaldanovlar.
Mərhumun nəvəsi polkovnik-leytenant Babək Ramaldanov isə 44 günlük Vətən müharibəsində şəhid olub.
Allah rəhmət eləsin.