!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şairdən Elçibəyə dil uzadan Nemət Pənahlıya ağır cavab

!Reklam – Yazi

 

 Tanınmış şair Mübariz Mənsimoğlu Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyə dil uzadan Nemət Pənahlıya ağır cavab verib. Həmin cavabı təqdim edirik: 

Əbülfəz Elçibəy kimdir? Yenidən bu sualın üstündə başlar sındırılır. Əlbəttə, bu suala siyasi, elmi, ədəbi, əxlaqi və sairə müstəvidə cavablar verilir. Və bütün cavablar natamam.

Elçibəy dəyər verdiyi sözlə dəyərini alan adamdır. Belə adamlar yüz ildə bir doğula bilir ancaq. Mən bütün sahələrdə baş sındırmağıma baxmayaraq, söz sahəsinin adamı olması qənaətindəyəm. Və insanda sözdən dəyərli heç bir şeyin olmamasının fərqindəyəm. Və mən adamı dediyi sözün mahiyyətində qavrayan adamam.

Azərbaycanın çox duru və qüdrətli şairi Vaqif Bayatlı haqqında çox adam söz deyib. Amma baxın görün Əbülfəz Elçibəy nə söyləyib: “İnsan var özü yaranışdan bulanıqdır, insan var özü- özünü bulandırır. İnsan da var onu bulandırırlar,  ya yavaş- yavaş, ya da başına döyə- döyə. döşünə bir dəmir taxata taxa- taxa. Fırtınalar. qasırğalar qopsa da, Vaqif Ödər durudur ki, duru!.. Bütün varlıq zaman içindədir, sənin zamana dəxlin yoxdur. Zaman sənin ayaqların altında gah qabağa qaçır, gah dala. O, səni yaxalaya bilmir…

Bu sözlər eynilə Əbülfəz bəyin özünə aiddir. İndi yaranışdan bulanıq doğulan, özü- özünü bulandıran, yaxud da yavaş- yavaş bulaşdırılan adamlar bəy haqqında hədyanlar yazırlar. Amma mən baxıb görürəm ki, onların cəmi fəaliyyətləri, kitab- kitab sözləri bəyin yuxarıda qeyd etdiyim bir – iki cümləsinin çəkisindən min dəfələrlə azdır. Belələrinə nə deyəsən.

BU NEMƏT O NEMƏTDİRMİ?

Fızıllığa, kola düşüb,

Gedə- gedə dala düşüb,

Qocalıb nə hala düşüb,

Bu nemət, o nemətdirmi?

Bəxtı gecə yatıb bunun,

Ordu necə batıb bunun,

Gədəliyi artıb bunun,

Bu nemət o nemətdirmi?

Saxtalayıb saxtalanıb

Qanı donub laxtalanıb,

İmanından axtalanıb,

Bu nemət o nemətdirmi?

Külə baxır sayıqlayır,

Gilə baxır sayıqlayır,

Gülə baxır sayıqlayır,

Bu nemət o nemətdirmi?

 

www.yenicag.az

727
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv