Reklam: High Technic
hightechnic

Sakinlər Bakı-Sumqayıt yolunu bağladılar

38093Səhər saat 07:00 radələrində bir qrup şəxs etiraz aksiyası keçirərək Sumqayıt-Bakı yolunu bağlayıblar.

Yenicag.az  aznews.az-a istinadən xəbər verir ki, aksiyanı keçirənlər iki gün öncə Ceyranbatan su anbarına boğularaq itkin düşən 21 yaşlı gəncin yaxınları olub. Aksiya iştirakçıları hadisədən iki gün keçməsinə baxmayaraq, aidiyyəti qurumların boğulan gəncin ölüsünü, ya dirisini tapmamasına etiraz ediblər. Aksiya təxminən yarım saat davam edib.

Məlumat üçün bildirək ki, iki gün öncə Ceyranbatan su anbarında 21 yaşlı gənc boğulub və cəsədi hələ də tapılmayıb.

www.yenicag.az

57