Masallı və Qəbələ rayon sakinlərindən ov tüfəngləri aşkar edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini F.Əliyevdən lüləsi və qundağı kəsilmiş “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Bundan başqa, Qəbələ Rayon polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əmirvan kənd sakini A.Vəliyevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır./Report/