!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Qarabag

Şakira: "Karyeramı Pikeyə qurban verdim"

!Reklam – Yazi

Dünyaca məşhur müğənni Şakira sevgilisi futbolçu Jerar Pikedən ayrılandan sonra ilk dəfə kamera qarşısına keçib.

Yenicag.az xəbər verir ki, o, “Elle”yə müsahibəsində ilk dəfə Pike ilə ayrılığından danışıb. Belə ki, müğənni həyatının bu mərhələsini “ən qaranlıq dövrlərdən biri” adlandırıb.

Ayrılığın asan olmadığına diqqət çəkən Şakira, “Bəzən düşünürəm ki, bütün bunlar sadəcə pis bir yuxudur və nə vaxtsa oyanıb bu bəladan qurtulacam. Bu barədə şəxsən danışmaq həqiqətən çətindir, xüsusən də ilk dəfə müsahibəmdə bu mövzuya toxunacağam. Susdum və hər şeyi düşünməyə çalışdım. İctimaiyyət qarşısında olduğum üçün ayrılığımız normal formada olmadı. Ona görə də təkcə mənim üçün yox, uşaqlarım üçün də çətin idi. İnanılmaz dərəcədə çətin… Paparatsilər gecə-gündüz evimin qarşısında növbə çəkirdilər və mənim evdə uşaqlarla birlikdə onlardan gizlənməyə yerim yox idi. Biz adi bir ailə kimi parkda gəzə, dondurma yeyə və ya paparassilər bizi təqib etmədən heç nə edə bilmirik. Yəni, çətindir”.

Şakira illər əvvəl Pikenin karyerası üçün öz sənətini qurban verdiyini deyib:

“İkimizdən biri nəyisə qurban verməli idi. Ya o, “Barselona” ilə müqaviləsini ləğv edib mənimlə karyeramın inkişaf etdiyi ABŞ-a köçəcək, ya da mən bunu etməliyəm. Mən bunu etdim. Karyeramı arxa plana atdım və onun futbol oynaya, titullar qazana bilməsi üçün İspaniyaya köçdüm. Və bu sevgi üçün bir qurban idi”./Unikal/

www.yenicag.az

284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv