Sakit okeanda 6,1 bal gücündə zəlzələ

Sakit okeanın Kermadek arxipelaqı bölgəsində zəlzələ qeydə alınıb.

Yenicag.az-ın ABŞ-ın Geologiya xidmətinə istinadən verdiyi məlumata görə, zələzələ 6,1 maqnitudasında olub.

Məlumata əsasən, yeraltı təkanların episentri 105 min əhalisi olan Tauranq şəhərindən 1070 km şimal-şərqdə yerləşib, ocağı 11 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat daxil olmayıb.