Sakit okeanda güclü zəlzələ

Sakit Okeanda yerləşən Yeni Kaledoniya ərazisi olan Luayote adaları yaxınlığında 5.7 bal gücündə zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti məlumat verib.

Zəlzələnin episentri təxminən 7,5 min insanın yaşadığı Tadine yaşayış məntəqəsindən 440 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan edilməyib.