Çempionlar Liqasının finalında “Real”la keçirilən oyunda zədələnən Məhəmməd Salahın Rusiyada baş tutacaq dünya çempionatında iştirak edib-etməyəcəyi maraqla gözlənilir.
Yenicag.az xəbər verir ki, ulduz futbolçunun səhhəti ilə bağlı Misir millisinin həkimi Məhəmməd Abu Ola açıqlama verib.
Həkimin sözlərinə görə, Salahın müalicəsi müsbət cavab verir. Bu səbəbdən hücumçu DÇ-də iştirak etmək şansını saxlayır.
Qeyd edək ki, “Real”la matçın 30-cu dəqiqəsində çiynindən zədələnən Məhəmməd Salah qarşılaşmanı davam etdirə bilməmiş, meydanı göz yaşları ilə tərk etmişdi.