Salah “Liverpul”dan ayrıla bilər

Misir yığmasının baş məşqçisi Xavier Aqirre Məhəmməd Salahın “Liverpul”dan transfer ediləcəyi ilə bağlı yayılan xəbərlərə şərh verib.

Yenicag.az xəbər verir ki, baş məşqçinin sözlərinə görə, komanda bu mövsümün sonuna qədər mükafatsız qalacağı təqdirdə futbolçu klubu tərk edə bilər. “Bu mövsüm ərzində klub kubok qazanmasa, Salah “Liverpul”u tərk edə bilər. Yurgen Klopp bunu yaxşı başa düşür. Buna görə də o, komandanın titul əldə etməsi üçün bütün qüvvəsini sərf edir.

İngiltərə çempionatında 12 turdan sonra lider “Mançester Siti”dən iki xal geri qalan “Liverpul” klubunun 30 xalı var.

COP29