İngiltərənin “Liverpul” komandasının futbolçusu Məhəmməd Salah Premyer Liqada noyabr ayının ən yaxşı futbolçusu seçilib.
Yenicag.az xəbər verir ki, misirli hücumçu Peşəkar Futbolçular Assosiasiyasının azarkeşlər arasında keçirdiyi sorğuya əsasən birinci olub.
M.Salah siyahıda Moises Kaysedo (“Çelsi”), Mateus Kunya, Joao Qomeş (hər ikisi “Vulverhempton”), Ceyms Maddison (“Tottenhem”) və Joao Pedronu (“Brayton”) qabaqlayıb.
Qeyd edək ki, Məhəmməd Salah noyabr ayında Premyer Liqada keçirdiyi 3 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.