Salahın Dünya Çempionatına qatılıb-qatılmayacağı bəlli oldu

Çempionlar Liqasının finalında xəsarət alan Məhəmməd Salahın Dünya Çempionatında iştirak edib-etməyəcəyi məlum olub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, misirli futbolçunun tamamilə sağalmasının 3-4 həftə çəkəcəyi bildirilib. Belə ki, Salah Dünya Çempionatının ilk iki matçında iştirak etməyə bilər. A qrupunda olan Misirin ilk matçı 15 iyunda Uruqvay millisi ilə baş tutacaq. Yığma 19 iyunda isə Rusiya ilə qarşı-qarşıya gələcək.

COP29