Salam Sarvandan səhhətilə bağlı açıqlama: “Yəqin ki, bir həftə, on gün…”

Şair Salam Sarvanın əməliyyatı uğurlu olub, reanimasiyadan palataya köçürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə APA-ya şair özü məlumat verib.

Onun sözlərinə görə, əməliyyat prosesi uzun çəkib.

“İndi yaxşıyam. Artıq palataya köçürülmüşəm. Müalicə prosesi davam edir. Yəqin ki, bir həftə, on gün burada olaram”.

COP29