Salam Sarvanın bacısı oğlu öldürüldü

Tanınmış şair Salam Sarvanın bacısı oğlu öldürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə “Report”a S.Sarvanın özü məlumat verib.

O bildirib ki, hadisə mayın 4-də baş verib.

Şairin sözlərinə görə, 1997-ci il təvəllüdlü Mikayıl Mehman oğlu Qənbərov öldürülüb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, hadisə ilə bağlı rəsmi məlumat yayılacaq.