SalamNews İnformasiya Agentliyi 6 yaşını qeyd edir

^dde554438e00b2064b11434bfce3d20624f612a0298582b772^pimgpsh_fullsize_distr_642SalamNews İnformasiya Agentliyinin bu gün 6 yaşı tamam olur.

Agentlik 2009-cu il noyabrın 16-da Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, 2010-cu il martın 1-dən fəaliyyətə başlayıb. O vaxtdan açıq rejimli internetdə Azərbaycan və rus dillərində xəbərlər yayan agentlik işini daim təkmilləşdirir, operativliyi, obyektivliyi, hadisələrə münasibətdə bitərəfli münasibəti ilə seçilir. Ölkədə, MDB məkanında və dünyada baş verənləri oxucularına təqdim edən agentlik hadisələrin əyaniliyini və vizuallığını təmin etmək məqsədilə infoqrafikadan, video materiallarından və fotolardan maksimum bəhrələnir.

Hazırda respublikada fəaliyyət göstərən 30-dan çox informasiya agentliyinin rəqabət sahəsində dəst-xətti ilə seçilən SalamNews reklam verənlərin diqqət mərkəzindədir. Onlar agentliyin zövqlə tərtib olunmuş saytınının səhifələrindən istifadə etməklə, reklamlarını Azərbaycan və rus dillərində yerləşdirirlər.

2011-ci ilin iyununda SalamNews Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilib. Eyni zamanda respublika müsabiqələrinin qalibi olub, fəxri fərmanlara, sertifikatlara layiq görülüb, “İlin brendi”ni qazanıb. Agentliyin əməkdaşları dəfələrlə müxtəlif dövlət qurumlarının və müstəqil təşkilatların plaket və mükafatlarına layiq görülüblər.