“Biz Hizbullahın təhdidlərinə və terror fəaliyyətlərinə dözməyəcəyik”.
Yenicag.az xəbər verir ki, bunu Qüdsdə ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.
“Şimaldan təxliyə edilən İsrail vətəndaşları təhlükəsizlik hissi ilə evlərinə qayıda bilməlidirlər. Bu o deməkdir ki, sərhədin o tayından gələn təhlükənin öhdəsindən gəlmək lazımdır.
Biz həm də hesab edirik ki, bu təhlükəni diplomatiya yolu ilə aradan qaldırmaq olar və yeni müharibənin başlanmasını tələb etmir. Amma biz Hizbullahdan və Livan ərazisindən gördüyümüz təhdidlərə, terror fəaliyyətlərinə dözməyəcəyimizlə bağlı açıq bir mesaj verməliyik”, – ABŞ prezidentinin müşaviri bildirib.
Xuraman Etibarlı