Çin Ukraynadakı münaqişədə Rusiyaya kömək etsə, “real xərclərlə” üzləşəcək.
Yenicag.az xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.
“Pekin hərbi yardım göstərməklə bağlı müstəqil qərarlar qəbul etməlidir, lakin bu yolla getsə, bu, Çin üçün baha başa gələcək”,- o bildirib./Axar/