Salyan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Salyan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-nin mətbuat xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a bildirilib ki, oktyabrın 19-da saat 21:00 radələrində salyan rayon sakini Əziz salayevin başnahiyyəsindən aldığı xəsarətlər nəticəsində ölməsi barədə polis şöbəsinə məlumat daxil olub.

Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törədən, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü E.Səmədov saxlanılıb.

Araşdırmalar aparılır.

COP29