Salyanda 28 yaşlı oğlan güllələndi

Salyan rayonunda 28 yaşlı oğlan güllələnib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün rayonun Seyidsadıqlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Səmədzadə Elgün Alik oğlu həmkəndlisi, 1990-cı il təvəllüdlü Bağırov Rüfət Rüstəm oğlunu güllə ilə vuraraq ağır yaralayıb. Yaralı doğmaları tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

COP29