!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Salyanda ağır qəza: ÖLƏNLƏR VAR

!Reklam – Yazi

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə zamanı 2 nəfər ölüb. Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Rauf Sahib oğlu Quliyev idarə etdiyi “VAZ-2107” markalı, 09-BO-697 dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olan zaman maşını su kanalına aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin, Ağdaş rayonunun Ləki qəsəbə sakini, 1983-cü il təvəllüdlü Qərib Yenidünya oğlu Quliyev avtomobilin içində boğularaq ölüblər.

Hadisə yerinə DYP əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının maşınları cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

www.yenicag.az

2115
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv