Salyanda ata 21 yaşlı oğlunu bıçaqlayıb

142783_res_01Salyanda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Salyan şəhər Təvəkkül Sultanov küçəsi, ev 51-də qeydə alınıb.

Həmin ünvanda yaşayan və ruhi xəstə olan Cəsur Zeynalov 21 yaşlı oğlu Fərid Zeynalovun bud nahiyəsinin yuxarı hissəsinə 1 bıçaq zərbəsi vurub. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zərərçəkənə ilkin tibbi yardım göstərildikdən sonra o, ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır. (“Report”)