Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Salyanda avtomobil beton dirəyə çırpıldı: 3 yaralı

Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Azsamand” markalı avtomobil anidən idarəetmədən çıxıb və yolun kənarındakı beton dirəyə çırpılıb.

Qəza nəticəsində Salyan şəhər, 20 yanvar küçəsinin sakinləri, 2002-ci il təvəllüdlü Tağızadə Fərhad İlqar oğlu, 2000-ci il təvəllüdlü Babayev Etibar İlqar oğlu və 2002-ci il təvəllüdlü Cavadov Vüqar Əlisahib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

165
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100